İbrahim Nəbioğlu təkzib etdi – Palmali
Palmali Şirkətlər Qrupunun vitse-prezidenti İbrahim Nəbioğlu “Armada Explorer“ tankerinin həbsi haqda xəbəri təkzib etdi
Qeyd edək ki, dünən Türkiyənin “Dəniz” Xəbər Agentliyi Palmali Şirkətlər Qrupuna aid “Armada Explorer“ adlı tankerin Rumıniyanın Konstansa limanında həbs edildiyi barədə məlumat yayıb.
Palmali Şirkətlər Qrupu bu xəbəri təkzib edərək, adıçəkilən tankerin və ümumiyyətlə, onların dəniz donanmasına aid heç bir tanker gəminin həbs edilmədiyini bildirir.
Palmali-nin vitse-prezidenti İbrahim Nəbioğlu Novorossiyskdən dizel yanacağı daşıyan “Armada Explorer“ tankerinin 27 dekabr 2014 tarixində Konstansa limanında yükünü boşaltdığını, daha sonra isə gəminin liman xidməti tərəfindən standart, rutin yoxlamadan keçdiyini bildirir. İbrahim Nəbioğlu Türkiyənin bəzi internet saytları tərəfindən sıravi, növbətçi yoxlamanın, “həbs olunmaq“ kimi təqdim edilməsini təəcüblə qarşıladıqlarını, bunun həqiqətlə heç bir əlaqəsinin olmadığını vurğuladı. Onun verdiyi məlumata görə “Armada Explorer“ artıq Konstansa limanından ayrılaraq növbəti səfəri üçün yola çıxmışdır.
Yenicag.az