!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İbrahim Şehiçə ağır cəza

!Reklam – Yazi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Yenicag.az xəbər verir ki, toplantıda Premyer Liqanın XII turunda baş verən neqativ hallar hüquqi qiymətini alıb.

“Qarabağ” – “Sumqayıt” matçında qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 30-ci dəqiqəsində “Qarabağ”ın qapıçısı İbrahim Sehiç aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, Ağdam klubu isə 2400 manat cərimə olunub. Bu isə o deməkdi ki, bosniyalı qolkiper ölkə çempionatının bu il keçiriləcək son 2 turunda meydana çıxmayacaq.

“Kəpəz” – “Səbail” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimə olunub. Oyunun 5-ci dəqiqəsində “Kəpəz”in müdafiəçisi Dedimar Ferreyra aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, Gəncə təmsilçisinə isə 2400 manat cərimə kəsilib.

COP29

www.yenicag.az

3566
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv