Son zamanlar adı “Sərvəti heyrət doğuran məşhurlar” siyahısında adı çəkilən türkiyəli müğənni İbrahim Tatlısəsin adından sosial şəbəkələrdə sərvəti ilə bağlı məlumatlar yayılıb. Müğənninin siyahını təkzib etdiyi və var-dövlətini özünün açıqladığı iddia edilib. Lakin İbrahim Tatlısəs öz rəsmi sosial media hesabında onun haqqında paylaşılan məlumatların tamamilə yalan olduğunu, belə bir məlumat vermədiyini bildirib.
Yenicag.az xəbər verir ki, “İmperator” ləqəbli türkiyəli müğənni onun haqqında yayılmış informasiya ilə bağlı sosial media hesabında “Allahıma qurban olum, bunların hamısı mənim imiş. Desəm də, inanmayın!” paylaşımını edib.
Müğənninin sosial media hesabında etdiyi paylaşımını təqdim edirik:
Qeyd edək ki, müğənninin adından Seyrantəpədə 1.5 hektar ərazidə kabab salonu, TV binası, “Tatlısəs” Şirkətlər Qrupunun binası, “By Tatlısəs” Geyim atelyesi və mağazası, Demirciköydə villa, Seyrantəpədə 3 ev, Şanlıurfada 1 ev, Şanlıurfada 3 hektar torpaq sahəsi, İzmir Narlıdərə Folkart Evlərində 1 ev, Hadımköy Günışığı Konaklarında 1 villa, iki televiziya kanalı, bir yaxta, iki qayıq, Bodrum Bitezdə 48 mənzilli Tatlıses Paradise, Bodrum Bitezdə 1 villa, Bodrum Bitezdə 6.5 hektar sahədə dəniz sahilində 26 otaqlı Golo Beach Hotel, Bodrum Bitezdə 6.5 hektar torpaq sahəsi, Kuşadasında 8 hektar sahədə 6 mərtəbəli 157 otaqlı, 314 yerlik Tatlıses Otel, İstanbulda 5 kabab salonu, bir neçə ölkədə beynəlxalq yayımla məşğul olan TV kanala sahib olduğu bildirilən məlumat yayılıb.
Sadiq Cavadov
www.yenicag.az