!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İçərişəhər”də erməni izi... - FOTO

!Reklam – Yazi

Bakının gəzməli-görməli yerlərindən biri də İçərişəhər olduğunu desək, yanılmarıq. Tarixi özündə əks etdirən sözügedən məkan paytaxtımızın sərvətidir. Bu səbəbdən turizmçilərin ölkəmizə təşrif buyuran turistlərə ilk növbədə ziyarət etmələri üçün İçərişəhəri məsləhət görməsi də təsadüfi deyil.

Amma bəzi məqamlar var ki, bunlar bir azərbaycanlı kimi bizləri narahat etməyə bilməz. Söhbət el arasında “Tarqovu” adlanan mərkəzi Nizami küçəsindən dövlət qoruğuna pilləkənlərlə qalxanda divara həkk olunmuş rəsmdən gedir. “İçərişəhərə xoş gəlmişsiniz” yazısının altında qala divarlarını qoruyan iki quldurdan fərqlənməyənin rəsmləri çizilib.

Bu barədə, baş redaktorumuz Aqil Ələsgərin etiraz əlaməti olaraq, paylaşdığı şəkildən sonra tarixçi Zaur Əliyevin və digər ictimaiyyət nümayəndələrinin haqlı etirazları bir daha o şəkillərə yaxından baxmaq qərarına gəldik və nəticə təəssüf ki, dəyişmədi…

Əvvəla onu deyək ki, rəssamın öz xəyalında canlandırdığı qalanın “keşikçiləri” heç də Azərbaycan kişisinə bənzəmir. Onlar ilk baxışdan Xocalıda, Dağlıq Qarabağda dinc əhaliyə divan tutan Aşota, Monte Melikonyana, Zori Balayana oxşayır, bir sözlə erməni dığasını, daha doğrusu, erməni nağıl qəhrəmanlarını xatırladır.

Digər narahat edən məqam isə həmin quldurların geyimləridir. Təsəvvür edin, o qədər rəng qala-qala “keşikçilər”in paltarları Ermənistan bayrağının rəngləri ilə bəzədilib.

Aydın məsələdir ki, Azərbaycan hakimiyyəti hər gün, hər ay, hər il erməni qəsbkarlarının millətimizə qarşı edilən zorakılığını, torpaqlarımızın düşmən tərəfindən işğal olunmasını dünyaya car çəkmək üçün durmadan çalışır, bunun üçün tədbirlər, aksiyalar keçirilir, o cümlədən büdcədən pul xərclənir. Təbii ki, qarşı tərəf də hayasızlığından əl çəkmir, sözdə “soyqırım”a məruz qaldığını iddia edir və bunu dünyaya sırımağa çalışır. Hayasızlıq həddini bir qədər də aşaraq, Azərbaycan torpaqlarını dədə-baba yurdu kimi təqdim edirlər.

İndi tutaq ki, erməninin əcnəbiyə sıradığı qondarma “soyqırım”, torpaq iddiası və s. məsələləri eşidən Con, Aleks, Smit və digərləri Bakıya gəlib, İçərişəhəri ziyarət edərkən bəhs etdiyimiz mənzərəni görür. Siz Allah, ilk növbədə nə düşünər?

Cavabını “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov versə, yaxşı olar. Biz ki ondan 2-3 saatlıq avtomobili saxlamaq üçün niyə 25-30 manat aldığının səbəbini soruşmuruq…

EMİN SƏFƏROV

P.S. Nəzərə alsaq ki, ermənilər bu cür işarələrlə öz varlıqlarını göstərirlər, bu işarə də otuz min gəlinimizdən birinin övladının əl işi olmasın?..

COP29

www.yenicag.az

4646
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv