İçib qayınanası ilə qaynını söyən şəxs həbs edildi

media-hightechnic-468x90

Suraxanı rayonunda qayınanasını və qaynını yüksək səslə söyən kişi saxlanılıb.

Yenicag.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 37 yaşlı Z. Əkbərov Bülbülə qəsəbəsində yaşadığı evin həyətində həyat yoldaşı ilə mübahisə edib.

Saxlanılan şəxs mübahisə zamanı qonşuların və yoldan keçənlərin eşidə biləcəyi şəkildə qayınanasını və qaynını söyüb.

Əraziyə gələn polis əməkdaşları Z.Əkbərovu bölməyə aparıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək, məhkəməyə göndərilib.

İnzibati xəta törədən şəxs məhkəmədə hadisə vaxtı sərxoş vəziyyətdə olduğunu, əməlindən peşmanlığını bildirib.

Hakimin qərarı ilə Z.Əkbərova 10 sutka həbs cəzası verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600