!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İcra başçısı ilə Şeyxin nümayəndəsinin qarşıdurmasının pərdəarxası

!Reklam – Yazi

 

035Elmar Vəliyev İslam dinini növbəti dəfə təhqir etdi

Bir neçə gün əvvəl Gəncədə baş verən hadisələr haqqında xəbər vermişdik. Xural.com-a daxil olan məlumatlara görə, Gəncənin icra hakimiyyətinin başçısı Elmar Vəliyev “İmamzadə” ziyarətgahına və onun axundu Hacı Tahir Abbaszadəyə hücuma keçmiş, başçının birbaşa tapşırığı ilə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları “İmamzadə”də əməliyyat keçirib, “İmamzadə”nin əməkdaşları İlham Abbasovu və Elbrus Məmmədovu həbs etmişdilər. Həbs olunan əməkdaşlardan Elbrus Məmmədova 7 sutka verilsə də, İlham Abbasovu bir gün saxlayıb sonra buraxmışdılar. Xural.com-a daxil olan məlumatlara görə, bu hadisə saytımız tərəfindən ictimailəşdirildikdərn sonra Elmar Vəliyevin yaxın qohumu olan və onun “İmamzadə”yə təyin etdiyi Namiq Allahverdiyev azad edilmiş, 7 sutka həbs cəzası alan dindar Elbrus Məmmədov 2 gün sonra Gəncə Apellyasiya Məhkəməsi tərəfindən cərimə olunaraq azadlığa buraxılmış, “İmamzadə” ziyarətgahının bağlanmış qapıları yenidən ziyarətçilərin üzünə açılmışdı.

Elmar Vəliyevlə Hacı Tahirin arasında nə baş verib?

İlk baxışdan problemin həll olunduğunu düşünmək olardı. Ancaq bizə verilən məlumatlara görə, Gəncə rəhbərliyi ilə Hacı Tahir arasında baş verən bu insident bu günə dayanmır. Çoxdan davam edən narazılığın kökündə Elmar Vəliyevin İslam dininə olan saygısız münasibəti dayanır. Artıq dillərə dastan olan belə olaylar haqqında respublika ictimaiyyəti yetərincə məlumatlıdır. Onlardan biri də bu ilki Aşura günündə baş verib. Belə ki, 10 minlərlə insanın qarşısında xütbə verən Hacı Tahirin nitqi Elmar Vəliyevin qəzəbinə səbəb olub.

Elmar Vəliyev İlham Əliyevə və İmam Hüseynə qarşı

Hacı Tahir xütbəsində təbii ki, İmam Hüseynin şəhadətindən danışıb və Kərbəla müsibətinin tarixi dərsləri haqqında geniş moizə edib. Çıxışının sonunda prezident İlham Əliyevin İslam dininə göstərdiyi xoş münasibətdən və onun “İmamzadə” ziyarətgahını abadlaşdırmasından danışan Hacı Tahir, prezidentə buna görə təşəkkürünü bildirib. Hər şey də bundan sonra başlayıb.

Aşuranın 7-də Elmar Vəliyev youtubedə Gəncə Aşurasından çəkilən və yerləşdirilən videoya baxaraq daha da qəzəblənib. O, bu qəzəbini şəhər ictimaiyyətinin iclasına dəvət olunmayan Hacı Tahirin qarasınca iclasda bildirib və onun bütpərəstlikdə ittiham edib.

İslam dininə görə, bütpərəstlik ən ağır ittihamdır. Bütün problem də bundan sonra özünün pik nöqtəsinə çatıb. Hacı Tahir məsələdən xəbərdar olan kimi, icra başçısından izahat tələb edib. Ortada doğrudan da maraqlı və olduqca düşündürücü suallar var. Elmar Vəliyev ya İlham Əliyev haqqındakı sözləri, ya da İmam Hüseyn və Kərbəla müsibətini büt kimi qəbul edərək, Hacı Tahiri bütpərəstlikdə ittiham edib. Hətta xural.com-a daxil olan özəl informasiyalarda Elmar Vəliyevin İslam dinini və onun müqəddəslərini ciddi təhqir etdiyi bildirilir. O, Hacı Tahirlə bu yaxınlarda keçirdiyi görüşlərdən birində İslam müqəddəsatı haqqında xoşagəlməz ifadələr işlədib. Bu da Hacı Tahirin kəfən geyinəcək dərəcədə əsəbiləşməsinə səbəb olub.

Hacı Tahir bu haqda ötən yazımızda xural.com-a bildirmişdi: “Elmar Vəliyev məni şəhər ictimaiyyətinin qarşısında təhqir edib. “Aşura” günündə “İmamzadə”də prezident İlham Əliyevin ünvanına dediyim xoş sözlərdən sonra mənə “bütpərəst” deyib və məni hədəfə götürüb. “İmamzadə”yə Namiq Həsən oğlu Allahverdiyev adlı bir qohumunu təyin etdi və mənim adamlarımı, idarənin əməkdaşlarını iş görə bilməyəcək hala gətirdi. Dindar ovuna başlayıb şəhərdə.”

Bundan sonra nə olacaq?!

Aldığımız məlumatlara görə, Hacı Tahir Abbaszadə artıq Bakıdadır. O, bu günlərdə səfərdən qayıdan Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə görüşü və prezident İlham Əliyevin məlumatlandırılmasını gözləyir. Hər halda önümüzdəki günlər çox gərgin və hərəkətli olacağa bənzəyir.

Yazı yayımlanırkən aldığımız məlumata görə, Hacı Tahir və onun yaxınları Elmar Vəliyevin tapşırığı ilə qanunsuz dəstələr tərəfindən izlənilir.

Yenicag.az xəbər verir ki, bu Gəncə kimi mühafizəkar şəhərdə şərab festivalları keçirən Elmar Vəliyevin dindarlarla ilk qarşıdurması deyil. Hələ bir müddət öncə onun Azərbaycan prezidentinin dərin sayğı ilə yanaşdığı və yenidən təmir və restavrasiya etdirdiyi “İmamzadə”yə sərxoş halda gələrək, dini ziyarətgahı yaraşmayan hərəkətlər etdiyi və “Allahı axtardığı” xəbəri mətbuatda yer almışdı.

Mövzunu diqqətimizdə saxlayacağıq.

COP29

www.yenicag.az

1418
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv