İcra başçısının oğlunun məhkəməsində ürəkağrıdıcı çıxış

media-hightechnic-468x90

11Maqsud Mirzəyev: «Əgər İlhamgil kimi oğlum da tibbi yardım alsaydı o, ölməzdi»

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır-yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Səbail rayon icra başçısının oğlu, 1998-ci il təvəllüdlü İlham Əsgərli və Əhliman Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Yenicag.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərin heç biri özünü təqsirli bilməyib. İlham Əsgərlinin vəkili Bəylər Məmişov məhkəmə istintaqında ilk əvvəl zərərçəkmiş şəxslərin ifadə verməsini istəyib. Məhkəmə vəsatəti təmin edib.

Əvvəlcə hadisə zamanı dünyası dəyişən Sənan Mirzəyevin atası Maqsud Mirzəyev ifadə verib. O, ifadəsində hadisə günü Nyu-Yorkda olduğunu bildirib: “Xəbərini eşidən kimi ilk təyyarə ilə Bakıya qayıtdım. İlham Əsgərli oğlum Sənana zəng edib ki, gəl, Şüvəlana idman meydançasına gedək. Oğlum, sürücüsünün olmadığını deyib. İlham isə onu öz sürücüsü ilə gəlib götürəcəyini deyib. Onlar Şüvəlana peyntbol oynamağa gediblər. Qayıdan zaman sürücü maşını sürücülük vəsiqə olmayan İlhama verib. O, maşını çox sürətlə idarə edib və məlum hadisəni törədib. Sonra isə oğlumu Sabunçu xəstəxanasına göndəriblər. İlham və sürücüsü Klinik tibbi mərkəzə, ordan da İstanbula gediblər. Amma mənim oğluma yiyə duran olmayıb, yiyəsiz qalıb. Qayınatam və qayınanam uşağı saat 10-da Mərdəkan morqunda tapıblar. Sənan qəzadan 3 saat sonra dünyasını dəyişib. Əgər İlhamgil kimi oğlum da tibbi yardım alsaydı o, ölməzdi. Məhkəmədən ədalətli hökm çıxarılmasını xahiş edirəm”.
Bundan sonra digər zərərçəkən, icra başçısının oğlunun sürücüsü Pərvin Fətullayev ifadə verib. O, ifadəsində hadisə zamanı özünü pis hiss elədiyini, ona görə də maşını idarə etmək üçün İlhamdan xahiş etdiyini bildirib.

Xatırladaq ki, sözügedən qəza 29 sentyabr 2014-ci il tarixində Zığ – Hava Limanı şosesində baş verib. Sənan Mirzəyevin də əyləşdiyi “Mercedes” markalı avtomobil Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşınına çırpılıb. Nəticədə İlham Əsgərli və Pərvin Fətullayev xəstəxanaya yerləşdirilib. Sənan Mirzəyev 3 saylı Sabunçu Klinik xəstəxanasında vəfat edib.
Qeyd edək ki, qəzada dünyasını dəyişən S.Mirzəyev “MCDonalds”ın Bakı nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevin oğlu, İlham Əsgərli isə Səbayel rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğludur.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600