!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2019” üçün mahnı qəbulu elan edir

!Reklam – Yazi

Qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsi xəbər verir ki, “Eurovision” mahnı müsabiqəsində Azərbaycanın iştirakı ilə bağlı milli seçim turunda mahnı qəbuluna başlanılıb.

Azərbaycan üzrə rəsmi yayım hüququna sahib İctimai Televiziya bu ilin mayında İsrailin Tel-Əviv şəhərində keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində ölkəmizin təmsil olunacağı mahnı seçiminə dair şərtləri də açıqlayıb.

Belə ki, həm yerli, həm də xarici bəstəkarlara müraciətdə qeyd edilir: “Söz yazarları və bəstəkarlar müsabiqə üçün göndərəcəkləri musiqi və mətni “MP3” versiyasında təqdim etməlidirlər. Göndərilən mahnının xronometrajı “Eurovision” mahnı müsabiqəsinin təşkilatçısı – Avropa Yayımları Birliyinin (EBU) şərtlərinə uyğun şəkildə maksimum 3 dəqiqə təşkil etməlidir. Mahnı 2018-ci ilin sentyabrın 1-dən öncə ictimaiyyətdə, eləcə də rəsmi olaraq hər hansısa mediada (televiziya, radio və ya internet resursları) yayımlanmamalıdır. Seçim turuna təqdim edilən mahnı, digər musiqiçilərin “cover” mahnıları ola bilməz, həm musiqi, həm də mahnıda musiqi alətlərinin istifadəsi orijinal olmalı, musiqi bir-birini təkrarlamamalıdır. Mahnı seçimi turunda iştirak edən hər kəs özü haqqında məlumat da yollamalıdır.”

Qeyd edək ki, müsabiqə üçün təqdim olunan mahnıların hansı müğənninin ifasında səsləndirilməsi seçimi yalnız “Eurovision”nun rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

“Eurovision – 2019” üçün mahnı seçimində iştirak etmək istəyənlər öz ərizələrini bu gündən etibarən [email protected] ünvanına göndərə bilərlər.

Mahnı seçimi ilə bağlı ərizələrin qəbulu 7-fevral 2019-cu il tarixində yekunlaşacaq.

www.yenicag.az

3658
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv