İdmançılarımız coşqu ilə qarşılanıb

media-hightechnic-468x90

1886267_4Azərbaycan və Türkiyə bayrağı altında döyüşən idmançılarımız dünya çempionu adını qazanıblar.

Türkiyədə təhsil alan azərbaycanlı gənclər Eldar Əlizadə, Əbülfəz Mehdisoy, Kastamonu bələdiyyəsinin idmançısı Emrah Şahanoğlu Ukraynanın Xarkov şəhərində keçirilən qaydasız döyüş üzrə dünya çempionu adını qazanıblar. Hər üç idmançı qızıl medala layiq görülüb. Türkiyənin nüfuzlu qəzet və televiziyaları idmançılarımızın qələbəsinə böyük diqqət ayırıb.

Xüsusilə, Kastamonuya qayıdan idmançılarımız Azərbaycan və Türkiyə bayraqları ilə böyük coşqu və sevinclə qarşılanıblar. İki ölkə ilə bağlı şüarlar səsləndirilib.

Kastamonu bələdiyyəsinin rəhbəri Tahsin Babaş, Kastamonu Universitetinin rektoru Seyit Aydın idmançılarımız haqqında xoş sözlər deyiblər. İki ölkə bayrağının birgə dalğalanmasından xoşbəxt olduqlarını qeyd ediblər.

Sonda idmançılar bələdiyyə və rektorluq tərəfindən mükafatlandırılıblar.

Xatırladaq ki, idmançılarımız Kastamonu Universitetində təhsil alırlar.

(hafta.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600