!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İflicin müalicəsini sürətləndirəcək ARAŞDIRMA

!Reklam – Yazi

Kanadalı tədqiqatçılar insult müalicəsini sürətləndirəcək araşdırma aparıblar.

Yenicag.az xəbər verir ki, Kanadanın Monreal şəhərindəki elm adamları insult keçirən xəstələrə ümid yaradacaq araşdırmada əhəmiyyətli irəliləyiş əldə ediblər.

Tədqiqat haqqında danışan elmi işçilər nəticələrin qəti olduğunu, bir neçə il ərzində klinik sınaqlara keçməyə hazırlaşacaqlarını bildiriblər.

Tədqiqatçılar arxa ayaqları iflic olan heyvanın beyninin iki yarımkürəsini növbə ilə stimullaşdırmaqla yenidən yeriməyə imkan verən interfeys hazırlayıblar.

Onların “böyük heyvan modeli” adlandırdıqları preklinik tədqiqat, insanlardakına bənzər daha böyük heyvan modelləri üzərində də aparılıb.

Tədqiqatçı Martinez “nəticələr o qədər qətidir ki, biz bir neçə il ərzində klinik sınaqlara keçməyə hazırıq. Hər iki ayaqda hərəkəti bərpa etmək üçün növbə ilə beynin sol və sağ qabığını stimullaşdıracağıq. Beyində alternativ stimullaşdırma başlayan kimi , heyvan dərhal yenidən yeriməyə başlayacaq”, – deyib.

Xatırladaq ki, Martinez və komandasının araşdırmaları “ScienceDirect” elmi jurnalında da dərc olunub.

Nəsimi Ələsgərli

www.yenicag.az

424
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv