İHH başqanından Gülənin “Zaman”ına sərt sözlər…
I Qarabağ savaşında Azərbaycana misilsiz yardımlar göstərmiş, eyni zamanda “Mavi Mərmərə” hadisəsindən tanıdığımız İHH (İnsani Yardım Vəqfi) başqanı Bülent Yıldırım, özü haqqında başda “Zaman” qəzeti olmaq üzrə Gülən Şəbəkəsinə bağlı mediada yer alan xəbərlərlə əlaqədar sərt çıxış edib.
Yenicag.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, B.Yıldırım sözlərinin təhrif olunduğunu bildirib: “Bizim gəmini tərk etdiyimiz başlıqlarını atanlar bilməlidir ki gəmini tərk edib etmədiyimizi sionizmlə mübarizəmiz göstərir. Türkiyənin məzlum xalqların yanında olması bu gəminin rotasından və Türkiyə başda Prezidentimiz olmaq üzrə, xalqıyla, hökumətiylə birlikdə haqsız hücumlara məruz qalsa da, bu rotaya sahib çıxmaqdadır”.
“Yoldaş axtarırlarsa, İHH hərhalda Əsədə yoldaş olacaq ən son təşkilatdır” deyən Bülent Yıldırım “Nə Suriya, nə Misir, nə də Fələstin xalqı üçün bir söz söyləyib, öz məsələsindən başqa heç bir məsələni düşünməyən və heç bir məzlum xalq üçün küçəyə çıxmayan Paralel Şəbəkənin sözlərimizi təhrif edərək buradan özünə xeyir umması əsla qəbul edilə bilməz” sözləri ilə, Gülən tərəfdarlarının heç vaxt məzlumun yanında olmadığı gerçəyini də bird aha gündəmə gətirib.
Qeyd edək ki, İHH başqanı Bülent Yıldırımın “Gənc Öncüllər” jurnalına verdiyi müsahibə təhrif olunmuş şəkildə “Zaman” qəzet və digər Paralel Mediada yayımlanıb.
Yenicag.az