“Mən rəhbərlikdə olduğum müddətcə “İhvan”nın heç bir şansı olmayacaq”.
Yenicag.az xəbər verir ki, bu barədə Küveytin Eş-Şahid qəzetinə danışan Misir prezidenti Əbdülfəttah əs-Sisi bildirib.
Ölkənin demokratik yolla seçilən ilk prezidenti Məhəmməd Mursinin 3 iyul 2013-cü ildə hərbi yolla vəzifəsindən uzaqlaşdırılmasının ardından, o dönəmin müdafiə naziri olan Sisi “İhvan” ilə dialoq qərarının xalqın əlində olduğunu söyləmişdi.
Buna baxmayaraq, 2013-cü ilin dekabrında Misir hökuməti “İhvan”ı terror təşkilatı elan edib. Heyətin əsas üzvləri həbs olunub. “İhvan” hökumət tərəfindən terror ittihamlarını rədd edib.
Sisi rejimini rədd edən “İhvan” xalqın iradəsi ilə yenidən iqtidarı ələ alacaqlarını iddia edərkən, Sisi tərəftarları bunun mümkünsüz olduğunu bildirir.
Qeyd edək ki, 2014-cü ildə prezident seçilən Sisinin dörd illik səlahiyyət müddəti iyun ayında başa çatacaq.
Həşim Səhrablı
www.yenicag.az