!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İki İcra hakimiyyətindən biabırçı AÇIQLAMA

!Reklam – Yazi

baki_tyBakının Nizami rayonu ərazisində yerləşən 62 saylı məktəb-lisey və Yasamal rayonu ərazisindəki “Gənc İstedadlılar” Liseyində təhsil alan şagirdlərin həyatının təhlükə qarşısında olduğu barədə xəbər vermişdik.

Məsələ burasındadır ki, hər iki məktəbin bir metirliyində yeni çoxmərtəbəli binalar inşa edilir.

Tikinti işlərinə məktəblərin həyətində yüzlərlə uşaq səhər toplanışına düzüləndə belə, ara verilmir… Qaldırıcı kranlar məktəblilərin başının üzərində belədən-belə, elədən-elə şütüyürlər.

Bakının küləklər şəhəri olduğunu və qaldırıcı kranların uşaqların üstünə aşa bilmə ehtimalını düşünəndə isə adamın tükləri biz-biz olur…

Məsələyə aydınlıq gətirmək üçün həmin təhsil ocaqlarnın yerləşdiyi rayonların İcra hakimiyyəti orqanlarına müraciət etdik.

Nizami Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Cavid Qafarov bildirib ki, onlara bu məsələ ilə bağlı hər hansı şikayət daxil olmayıb: “Valideynlər İcra hakimiyyətinin elektron poçt ünvanına müraciət ünvanlanmayıb. Əgər müraciət daxil olsaydı, biz də buna müvafiq olaraq hərəkət edər, məsələni vətəndaşların xeyrinə həll edərdik. Ən azından dərs vaxtı işlərin dayandırılmasına nail olamaq mümkündür.

Şəhər infrastrukturunun inkişafı ilə bağlı 2-3 mərtəbəli binanın sökülməsi Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə həyata keçirilir. Baxmayaraq ki, tikinti işləri ilə bağlı yerli İcra hakimiyyəti hər hansı sənəd vermir. Amma təhlükəsizlik nöqteyi-nəzərdən İcra hakimiyyəti olaraq müəyyən ölçü götürməyə borcluyuq. Bunu etməyə də hazırıq, amma vətəndaşların müraciətindən sonra”.

Yasamal Rayon İcra Hakimiyyətinin memarı Eyvaz Bağırov da məsələ ilə bağlı vətəndaşlar tərəfindən hər hansı müraciətin olunmadığını deyib.

Məntiqə baxın!

Gərək şagirdlər xəsarət ala, gərək valideynlər şikayət edə, bundan sonra İcra hakimiyyətləri hərəkətə keçə. Guya onlar şagirdlərin həyatına təhlükə olan bu tikintilərdən xəbərsizdilər?..(modern).

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv