Azərbaycan Həndbol Federasiyası iki idmançının “milliləşməsi” üçün danışıqlara başlayıb.
Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, yeni həndbolçular Rusiya və Ukraynadan olacaq. Ancaq bu “milliləşmə” həm qadınların, həm də kişilərin yığma komandası üçün nəzərdə tutulub.
Təbii ki, komandanın tamamlanması tək bu iki idmançı ilə bitməyəcək. Çünki bu prosesin növbəti il də baş tutacağı deyilir.
Hazırki büdcəsini nəzərə alan federasiya bu il üçün “milliləşməyə” təxminən 100 min manat ayırıb. Bu ayrılan məbləğ də iki həndbolçu üçün nəzərdə tutulub.
Aygün İlqarqızı
Yeniçağ.az