İki marşrut xəttinin hərəkət istiqaməti dəyişdi

media-hightechnic-468x90

Bu gün səhər saatlarından Bakının Süleyman Sani Axundov küçəsində aparılan qazıntı işləri ilə bağlı, yol anidən hərəkət üçün dayandırılıb, bununla bağlı 6 və 8 saylı marşrut xətlərinin hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.

Yenicag.az xəbər verir ki, bu barədə “Baku Bus” MMC-nin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, Azadlıq prospekti, Süleyman Sani Axundov küçəsi ilə hərəkət edərək “Azadlıq” metro stansiyasının dayanacağına daxil olan 6 və 8 saylı xətt üzrə hərəkət edən avtobuslar müvəqqəti olaraq, hər iki istiqamətdə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələri ilə hərəkət edirlər.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05