İki mərtəbəli ev yandı

media-hightechnic-468x90

загруженное (7)Şirvanda iki mərtəbəli fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan Yanğından Mühafizə xidmətinin növbətçi hissəsindən  verilən məlumata görə, bu gün saat 13.00 radələrində Şirvan şəhəri M.Əsədov küçəsi, 22a küçəsində yerləşən fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Şirvan sakini, 1954-cü il təvəllüdlü Səmədova Fidurə Rza qızına məxsus iki mərtəbəli, ümumi sahəsi 216 kv. metr olan evin 24 kvadratmetri yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə xidmətinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın lokallaşdırılıb və yaşayış evinin digər sahələrinə keçməsinin qarşısı alınıb. Yanğının yaşayış evinin mətbəx ərazisindən başladığı ehtimal olunur. Yanğın zamanı xəsarət alan olmasa da, ev sahibinə ciddi maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa