Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun mühasirəsində olan Mariupol şəhərindən 2000-dən çox uşağın oğurlandığını bildirib.
Yenicag.az xəbər verir ki, Zelenski bu barədə videomüraciətində deyib.
“Əldə etdiyimiz məlumatlara görə, 2 mindən çox uşaq ölkədən qaçırılıb. Biz bu uşaqların harada olduğunu dəqiq bilmirik. Valideynləri olan və olmayan uşaqlar var. Bu fəlakətdir, bu dəhşətlidir”.
Həmçinin Ukrayna lideri Mariupolda mühasirəni müdafiə edən əsgərlər və onların ailələri ilə iki gündə bir görüşdüyünü bildirib.
www.yenicag.az