Bəstəkar və müğənni Cavanşir Babəlioğlu opera ifaçısı Ülvi Qılınc ilə duet oxuyub.
Yenicag.az xəbər verir ki, sözləri Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA ictimai birliyinin yaradıcısı, ictimai xadim Leyla Əliyevaya məxsus olan “Malites” (Молитесь) adlı mahnının musiqisini isə C.Babəlioğlu özü yazıb:
“Bu il İstanbuldan Bakıya qayıdanda mahnını dostum Ülviyə dinlətdirdim və o da mahnını çox sevdiyi üçün duet oxumaq qərarına gəldik. Belə gözəl sözlər üçün Leyla xanım Əliyevaya sonsuz təşəkkürlərimi bildirirəm, çünki belə ilahi eşqlə yazılmış gözəl sözlər olmasaydı, belə bir əsər dünyaya gəlməzdi. Dinləyicilər mahnını artıq YouTube-da dinləyə bilər. Əvvəlcədən dinləyən qulağınıza, sevən ürəyinizə, düşünən əqlinizə eşq olsun deyirəm, sayğılar, sevgilər…”
Cavanşir Babəlioğlunun dinləyicilərinə təqdim etdiyi daha bir mahnı isə “Gedirəm” adlanır. Sözləri İqbal Nehmətə, musiqisi Valeh Əhmədə, aranjemanı Elvin Musayevə və Rəhman Əliyevə məxsus olan həmin mahnının səs rejissorluğunu isə Hatəm Nəbioğlu edib.
www.yenicag.az