İki nəfər həbs edildi
Avtoxuliqanlıq hərəkətləri etdiyinə görə 2 sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, martın 21-də Nazim Cəfərov idarə etdiyi “Ford” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, barəsində toplanmış material Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin 28.03.15-ci il tarixli qərarına əsasən N.Cəfərov İnzibati Xətalar Məcəlləsinin (İXM) 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 500 manat cərimə inzibati tənbeh növü tətbiq edilib.
Martın 20-də Rövşən Rəşidov idarə etdiyi “Tofaş” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin 21.03.15-ci il tarixli qərarına əsasən R.Rəşidov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 1 ay həbs inzibati tənbeh növü tətbiq edilib(trend).