Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudovun “Qayınana” filmini tənqid etməsi, Azərbaycan ədəbiyyatına və əxlaqına xas olmadığını iddia etməsi ətrafında müzakirələr səngimək bilmir. Rejissorun açıqlaması sənət camesində də qəzəblə qarşılanıb.
Filmdə rol alan Xalq artisti İlham Namiq Kamal mətbuata açıqlamasında Şeyx Əbdül Mahmudov adlı adamı tanımadığını deyib.
Yenicag.az-a açıqlama verən Şeyx Əbdül qarşı tərəfə səslənib:
“Deyir, Əbdülü tanımıram, guya ki sənin məni tanmağın çox vacibdir. Ay İlham Əhmədov, məni görəndə qucaqlaşıb-öpüşürsən, indi də deyirsən, Əbdülü tanımıram. Amma mən sənin yeddi arxa dönənini yaxşı tanıyıram. Qaldı ki filmə. Mən filmi tənqid etmirəm, ssenaridən söhbət gedir. Azərbaycan anasına xarakterik olmayan obrazdır. Hansı Azərbaycan anası siqareti gəlinin üzünə fısqırdır? Bu bizim əxlaqi dəyərlərimizə ziddir. Demişəm, sözümün də üstündə dururam. Sözünü deyən adamın üstünə niyə belə hücum çəkirlər, onu bilmirəm”.
Xatırladaq ki, “Qayınana” filmi 1978-ci ildə çəkilib. Ekran işində xalq artistləri Nəsibə Zeynalova, Fuad Poladov, İlham Namiq Kamal və digər məşhur aktyorlar rol alıb.
Cəvahir
www.yenicag.az