Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1627-VQD nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 7 aprel tarixli 568 nömrəli, “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 16 noyabr tarixli 312 nömrəli, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 24 fevral tarixli 373 nömrəli və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 6 mart tarixli 377 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349; 2006, № 7, maddə 587; 2007, № 12, maddə 1226; 2009, № 8, maddə 630; 2016, № 6, maddə 1021, № 9, maddə 1464; 2018, № 12 (I kitab), maddə 2578) aşağıdakı məzmunda 2.1-3-cü bənd əlavə edilsin:
“2.1-3. həmin Qanunun 18-ci maddəsinin 1-ci hissəsinin on birinci abzasında “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;”.
2. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 noyabr tarixli 312 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1007; 2011, № 7, maddə 633; 2017, № 5, maddə 826) 2.3-cü bəndinə “6.1-ci,” sözlərindən sonra “6.3-cü,” sözləri əlavə edilsin.
3. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 fevral tarixli 373 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 2, maddə 90, № 12, maddə 1034; 2007, № 1, maddə 7, № 10, maddə 942; 2008, № 5, maddələr 373, 374, № 8, maddə 727; 2011, № 7, maddə 633, № 12, maddə 1143; 2016, № 9, maddə 1466) 2.4-cü bəndinə “10.1-ci,” sözlərindən sonra “10.1-1-ci,” sözləri əlavə edilsin.
4. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 228; 2009, № 11, maddə 883; 2013, № 6, maddə 631; 2016, № 9, maddə 1467; 2017, № 5, maddə 756; 2018, № 2, maddə 185; 2018, № 12 (I kitab), maddə 2580; 2019, № 2, maddə 231; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 aprel tarixli 655 nömrəli Fərmanı) 2.3-cü bəndinə “30.1-ci (birinci və ikinci cümlələrində),” sözlərindən sonra “30.1-1-ci,” sözləri və “31.1-ci,” sözlərindən sonra “31.1-1-ci,” sözləri əlavə edilsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 18 iyul tarixli 213 nömrəli və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 24 avqust tarixli 233 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb:
Fərmanda qeyd olunub:
1. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 8, maddə 1516; 2018, № 12 (I kitab), maddə 2579) 2.3-cü bəndinə “13.1-ci,” sözlərindən sonra “13.1-1-ci,” sözləri əlavə edilsin.
2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1499, № 11, maddə 2239) 2.4-cü bəndinə “32.3-cü” sözlərindən sonra “, 32-1-ci” sözləri əlavə edilsin.
3. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1683) 2.20-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.21-ci bənd əlavə edilsin:
“2.21. həmin Qanunun 8.0.16-cı maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd olunub:
“Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 2 may tarixli 667 nömrəli, 3 may tarixli 672 nömrəli, 7 may tarixli 683 nömrəli və 29 may tarixli 714 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na aşağıdakı məzmunda 31-4-cü hissə əlavə edilsin:
“31-4. Məcəllənin 393-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
31-4.1. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi adından – bu Siyahının 8.1-ci bəndində nəzərdə tutulan vəzifəli şəxslər;
31-4.2. inzibati xətanı aşkar etmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi adından – bu Siyahının 65-ci hissəsində nəzərdə tutulan vəzifəli şəxslər”.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda qeyd olunub:
“Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 10, maddə 1983) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri”nin 3-cü hissəsində “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Azərbaycan Respublikası” sözləri “Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya” sözləri ilə əvəz edilsin”.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2001-ci il 26 dekabr tarixli 616 nömrəli və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2007-ci il 3 iyul tarixli 606 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunub:
“1. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 616 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 762; 2006, № 12, maddə 1034; 2008, № 3, maddə 187; 2016, № 9, maddə 1464; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 may tarixli 692 nömrəli Fərmanı) 2-ci hissəsinin üçüncü abzasında “4-cü (adında və mətnində)” sözləri “4.1-ci, 4.2-ci” sözləri ilə əvəz edilsin.
2. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 606 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 713) 2.3-cü bəndində “5.4-cü” sözləri “5.4-cü, 6.3-cü” sözləri ilə əvəz edilsin”.
www.yenicag.az