İlham Əliyev: "7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq"

media-hightechnic-468x90

Bu il 7 min ailə özünüməşğulluq proqramı ilə əhatə olunacaq.

Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda yekun nitqində deyib.

Prezident bildirib ki, özünüməşğulluq proqramının icrası böyük ümidlər verir: “Bu il 7 min ailə bu proqramla əhatə olunacaq. Hər il ən azı 7 min ailə, baxarıq, imkan olarsa, daha çox ailə bu proqramla əhatə olunacaq. Beləliklə, hələ ki, iş tapa bilməyənlər özünüməşğulluq hesabına ailə büdcəsini təmin edəcəklər”.

Dövlət başçısı vurğulayıb ki, Ailə Biznesinə Asan Dəstək – “ABAD” mərkəzləri yaradılır. Bu da çox müsbət haldır:

“Mən bu mərkəzlərin açılışında olmuşam və bu, “ASAN xidmət”in bir qoludur və çox müsbət təşəbbüsdür. Ailə biznesi bir istiqamət kimi Azərbaycanda, hesab edirəm ki, geniş vüsət ala bilər və almalıdır. Dövlət öz dəstəyini mütləq göstərir və göstərəcək. “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti ilə bağlı mən giriş sözümdə öz fikirlərimi bildirdim. Bu il 5 mərkəzin açılması nəzərdə tutulur”.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa