!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Dmitri Roqozin ilə görüşdü – YENİLƏNİB

!Reklam – Yazi

71258Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Rusiyanın baş nazirinin müavini Dmitri Roqozini qəbul edib.

Görüşdən çəkilən fotonu Roqozin Facebook səhifəsində yerləşdirib.

“Dost Azərbaycanın lideri İlham Əliyev ilə pozitiv danışıqlardan sonra”, – rusiyalı məmur yazıb.

***

Rusiya baş nazirinin birinci müavini Dmitri Roqozin Azərbaycana səfərə gəlib.

Bu barədə Moderator.az Kommersant qəzetinə istinadən xəbər verir.

Nəşrə verilən məlumata görə, Roqozin iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərini müzakirə edəcək.

Dmitri Roqozin, öz növbəsində Azərbaycan paytaxtında olduğunu təsdiq edib.

“Bakıda havanın temperaturu gecə 9°C, gündüz 14°C-dir. Küləklidir. Azərbaycan paytaxtından hamıya salam!”, — deyə o cümə axşamına keçən gecə öz “Facebook” səhifəsində yazıb.

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv