!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Ərdoğan görüşünün detalları - Analiz

!Reklam – Yazi

Birinci Dünya müharibəsi illərində görkəmli Azərbaycan şairi Əhməd Cavad özünün və bütövlükdə azərbaycanlıların Türkiyə və türk qardaşlarına sevgisini “Çırpınırdı Qara dəniz” şeirilə ifadə edib.

Şübhəsiz ki, bu gün həmin sevgi ölkələrimizi birləşdirməyə davam edir.

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri və qardaş ölkənin rəhbərliyilə keçirilən görüşlərin nəticələri bir daha bizim bir-birimizə necə möhkəm, qırılmaz tellərlə bağlı olduğumuzu sübut edir. Görüş zamanı iki ölkənin liderləri Azərbaycanla Türkiyənin bütün sahələrdə strateji tərəfdaşlığını təsdiqləyən bir sıra vacib sənədləri imzaladı. İki ölkənin ayrı-ayrı nazirlikləri arasında birgə fəaliyyət və əməkdaşlıq üzrə saziş bağlandı. Həmçinin, hərbi sahəyə dair müqavilə və razılaşmalar əldə olundu.

Qeyd edək ki, Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığı hərbi mütəxəssislərin konsultasiyaları ilə məhdudlaşmır, daha geniş hərbi fəaliyyət spektrlarını əhatə edir. Belə ki, ölkələr arasında birgə hərbi müəssisələrin yaradılması, müxtəlif hərbi məhsulların istehsalı, hərbi kursantların mübadiləsi üzrə müqavilələr bağlanıb, hər iki ölkənin ərazisində birgə, daha genişmiqyaslı hərbi təlimlərin keçirilməsinə dair razılaşma əldə olunub.

İki ölkə arasında əməkdaşlıq üçün digər vacib sahə, təbii ki, iqtisadi sferadır. Daha dəqiq desək, enerji sektoru, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəql edilməsi üzrə əməkdaşlıq. Azərbaycanın qəti mövqeyi sayəsində bu gün Türkiyə bütün dünyanın vacib enerji və nəqliyyat tranzitinə çevrilib. Türkiyənin ərazilərindən Avropanı enerji və digər məhsuallarla təmin edən mühüm boru kəmərləri və nəqliyyat xətləri keçir.

Əlievin Türkiyəyə səfərinin rəsmi hissəsi başa çatdıqdan sonra iki qardaş ölkənin liderləri jurnalistlər üçün brifinq keçirdilər. İlham Əliyevin Azərbaycan prezidenti seçildikdən sonra ilk xarici səfərini məhz Türkiyəyə etməsini yüksək qiymətləndirən Ərdoğan gözlənilən seçkilərdən sonra ilk xarici səfəri zamanı məhz Azərbaycana gələcəyini deyib.

Yeniçağ analitk şöbəsi

COP29

www.yenicag.az

2055
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv