İlham Əliyev Ərdoğanın andiçmə mərasiminə niyə qatılmır?

media-hightechnic-468x90

341Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak etməyəcək. Belə ki, Azərbaycan tərəfi andiçmə mərasimində Milli Məslisin sədri Oqtay Əsədovla təmsil olunacaq ki, bu da ictimai-siyasi arenada birmənalı qarşılanmayıb.

Həm Türkiyə, həm də Azərbaycan prezidentlərinin bu cür tədbirlərdə şəxsən iştirak etdiyinə diqqət çəkən bəzi siyasilər hesab edir ki, rəsmi Bakının Ərdoğanın andiçmə mərasimində üçüncü şəxslə təmsil olunması hökumətlərarası münasibətlərin gərginliyindən xəbər verir. Bu gərginliyin digər bir təzahüri də Ərdoğanın uzun zamandan bəridir mövcud olan ənənəni pozaraq ilk səfərini Azərbaycana deyil, Şimali Kipr Türk Cümhuriyyətinə planlaşdırması göstərilir. Ekspertlər hesab edir ki, Ərdoğanın Kipr səfəri AKP hökuməti üçün Şimali Kipr Türk Cümhuriyyətinin Türkiyə üçün Azərbaycandan da bir addım öndə olduğunu göstərir.

Açıqlamasında məsələyə münasibət bildirən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə hesab edir ki, İ.Əliyevin andiçmə mərasimində şəxsən iştirak etməməsini Türkiyə və Azərbaycan arasında hansısa gərginliyin olması ilə izah etmək düzgün deyil. Ekspertin qənaətincə, protokol qaydalarına əsasən Azərbaycan tərəfi bu tədbirdə digər rəsmilərlə də təmsil edilə bilər ki, indiki halda bu şəxs O.Əsədovdur:

“İ.Əliyevin andiçmə mərasdimində iştirak etməməsi tərəflər arasında hansısa gərginliyin və ya qarşıdurmanın olmasını göstərmir. Çünki protokol qaydalarına görə, dövlət başçısının bu cür tədbirlərdə iştirak etməsi şərt deyil. Son dövrlər diqqət yetirmisinizsə, Gürcüstan, Ukrayna və s. ölkələrin prezidentlərinin andiçmə mərasimində dövlətin üçüncü şəxsi olan O.Əsədov iştirak edib. Bu baxımdan hesab edirəm ki, andiçmə məraisimində O.Əsədovun iştirakı yaxşı və ya pis münasibətin ifadəsi deyil. Sadəcə olaraq dövlət rəhbərliyində təmsil olunan şəxslərdən biri orada iştirak edə bilər. Bu baxımdan O.
Əsədovun Türkiyədəki andiçmə məraismində iştirakı normaldır”.

Ərdoğanın prezidentliyi dönəminin Azərbaycan-Türkiyə münasibətlərində ciddi mənada heç nəyi dəyişməyəcəyini bildirən ekspert, Türkiyənin hazırkı prezidentinin daha çox iqtisadi əməkdaşlıqda maraqlı olduğuna diqqət çəkdi:
“Ərdoğan Azərbyacanla münasibətdə daha çox iqtisadi maraqlara köklənib. Hesab edirəm ki, bundan sonrakı fəaliyyətində bu siyasəti davam etdirməyə cəhd göstərəcək. Bunun xaricində ciddi yenilik gözləmirəm”.

Ə.Oruclunun sözlərinə görə, Türkiyənin hərbi-siyasi güc olaraq hansısa addımlar atması, müəyyən təşəbbüslərlə çıxış etməsi mümkün deyil. Ekspertin fikrincə, buna səbəb regionda daha böyük güclərin söz sahibi kimi çıxış etməsidir: “Hərbi və s. məsələlərdə Türkiyə bölgədə söz sahibi deyil. Burada daha böyük və daha qlobal oyunçular mövcuddur. Türkiyə sadəcə olaraq o güclərdən birinin – NATO-nun təmsilçisi kimi çıxış edə bilər. Amma Türkiyə olaraq onun proseslərdə təkbaşına iştirakı mümkünsüzdür”.
Ərdoğanın ilk olaraq Azərbaycana deyil, Şimali Kipr Türk Cümhuriyyətinə səfər edəcəyinə gəlincə, ekspert bunu Türkiyənin Avropa ilə yaxınlaşmaq arzusu ilə izah etdi: “Hesab edirəm ki, Ərdoğanın ilk olaraq Şimali Kipr Cümhuriyyətinə səfər etməsi Azərbaycanla bağlı deyil. Bu, Türkiyənin Avropaya inteqrasiya etmək, onunla yaxınlaşmaq arzusundan irəli gəlir”.

Politoloqun sözlərinə görə, Ərdoğan bununla Avropa dövlətlərini öz gələcək siyasi mübarizəsinin hədəfləri ilə bağlı mesaj vermək istəyir: “Türkiyənin bu gün Avropa ilə münasibətləri olduqca önəmlidir. Bu baxımdan Şimali Kipr Cümhuriyyətinə səfər etməsi Avropa Birliyi və Avropa ölkələrinə bir mesajdır”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600