İlham Əliyev həmkarına məktub ünvanladı
Azərbaycan prezidenti İlham Əliyev İsrail dövlətinin yeni seçilmiş prezidenti Reuven Rivlini təbrik edib.
Dövlət başçısının təbrik məktubunda deyilir:
“Hörmətli cənab Rivlin, İsrail dövlətinin prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan ilə İsrail arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra inkişaf edəcək və möhkəmlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsrail xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.