İlham Əliyev nazir müavini ilə görüşüb

media-hightechnic-468x90

Ilham Eliyev 1903012Azərbaycan prezidenti İlham Əliyev Yaponiyanın xarici işlər nazirinin müavini Minoru Kiuçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycanla Yaponiya arasında ikitərəfli əlaqələrin inkişafının razılıq doğurduğunu vurğulayıb.

Ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu deyən İ. Əliyev bu münasibətlərin digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı əsas yaratdığını qeyd edib. Yaponiya şirkətlərinin iştirakı ilə Azərbaycanda həyata keçirilən layihələrin önəmini qeyd edən dövlət başçısı kənd təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin yaradılması, yüksək texnologiyalar və informasiya texnologiyaları sahələrində əməkdaşlıq üçün də yaxşı imkanların olduğunu deyib.

M. Kiuçi isə Yaponiyanın Azərbaycanla əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən kənd təsərrüfatı, texnoparkların və neft-kimya komplekslərinin yaradılması, yüksək texnologiyalar, informasiya texnologiyaları və digər sahələrdə genişləndirilməsində maraqlı olduğunu bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600