Azərbaycan Prezidenti İlham Əliyev Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə və ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə Mərkəzin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:
Paşayeva Gülşən Məmmədəli qızı
Allahyarova Tahirə Bəkir qızı
Vəliyev Cavid İsmayıl oğlu
Məhəmmədi Məsiağa Əhməd oğlu
Sadıxov İsmayıl Ənvər oğlu.