İlham Əliyev Putinə zəng etdi

media-hightechnic-468x90

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığın perspektivləri və yeni təmaslar ilə bağlı məsələləri müzakirə ediblər.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600