İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib

media-hightechnic-468x90

6893da24ca08ea936f7e462286c0f125Rusiya Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında 300-ə yaxın idmançı ilə təmsil olunacaq

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası prezidentinin köməkçisi, Rusiya Federasiyası Olimpiya Komitəsinin vitse-prezidenti İqor Levitini qəbul edib.

İ. Levitin Soçi Qış Olimpiya Oyunlarına həsr olunmuş xatirə albomunu dövlət başçısına təqdim edib.

Rusiya idmançılarının Bakıda keçiriləcək birinci Avropa Oyunlarına ciddi hazırlaşdıqlarını vurğulayan İqor Levitin Rusiyanın bu tədbirdə 300-ə yaxın idmançı ilə təmsil olunacağını deyib. O, Azərbaycanda I Avropa Oyunlarının yüksək səviyyədə təşkil ediləcəyinə ümidvar olduğunu bildirib və bu işdə ölkəmizə uğurlar arzulayıb.

Öz növbəsində, prezident İlham Əliyev I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən qısa vaxt keçməsinə baxmayaraq, bu istiqamətdə böyük işlərin görüldüyünü vurğulayıb və Oyunların yüksək səviyyədə təşkil olunması üçün Azərbaycanın bütün səylərini əsirgəmədiyini bildirib. Dövlət başçısı bu idman yarışının təkcə Azərbaycan üçün deyil, ümumilikdə idman sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi önəmini qeyd edib.

Görüşdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600