İlham Əliyev Saakaşvili ilə görüşdü

media-hightechnic-468x90

Prezident_29062012_01dfAzərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə görüşüb.

Bu haqda məlumat Gürcüstanın “apsny” saytında yer alıb.

Məlumatda deyilir ki, təkbətək keçirilən görüş bir saatdan artıq davam edib.

Qeyd edək ki, Gürcüstan prokurorluğu Azərbaycan hakimiyyətinə müraciət edərək Mixail Saakaşvilinin tutularaq Gürcüstana ekstradisiya edilməsini xahiş edib.

Azərbaycan Milli Məclisinin deputatı, siaysətçi Rasim Musabəyov isə bununla bağlı bildirib ki, rəsmi Bakının Saakaşvilini tutmaq fikri yoxdur: “Azərbaycan heç vaxt öz dostlarından üz döndərmir. Bu, təkcə Saakaşviliyə aid deyil, digər xarici ölkələrdə yaşayanlar üçün də bu kriteriya mövcuddur”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600