Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İlham Əliyev sərəncam imzaladı

f414 (1)Prezident İlham Əliyev Ağcabədi rayonunun Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

İyirmi üç min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,7 milyon (iki milyon yeddi yüz min) manatı Ağcabədi Rayon İcra Hakimiyyətinə ayrılsın.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

www.yenicag.az

87