!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev tanınmış alimi təltif etdi

!Reklam – Yazi

Prezident İlham Əliyevin bu gün “Tərəqqi” medalı ilə təltif etdiyi Strateji Araşdırmalar Mərkəzinin əməkdaşı Məsiağa Məhəmmədi elm sahəsində tanınmış simalardandır.

Yenicag.az xəbər verir ki, o, şərqşünas-alim və tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru (1991), Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

M.Məhəmmədi Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra – 1985-1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi hərbi xidmətdə olub. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri, direktor müavini vəzifələrində çalışıb.

2004-cü ildən həmin institutun İran filologiyası şöbəsinin müdiridir.

1991-ci ildə dünya şöhrətli şərqşünas, professor Rüstəm Əliyevin rəhbərliyi altında “Saib Təbrizinin lirikası və farsdilli poeziyada “hind üslubu” problemi” mövzusunda dissertasiya müdafiə etmiş, həmin tədqiqat təkcə Azərbaycanda deyil, Rusiya, Özbəkistan, Gürcüstan, İran və Almaniyada yaşayan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Dissertasiyada ilk dəfə olaraq, “hind üslubu”nun təkamül mərhələləri, ideoloji və estetik əsası müəyyən edilmişdir.

Bundan əlavə, Nizami, Sədi, Xacu, Hafiz, Füzuli, Tərzi Əfşar, Kəlim Kaşani, Şəhriyar və s. kimi şairlərin yaradıcılığı haqqında elmi yeniliyi ilə seçilən araşdırmaların müəllifidir.

Məqalələri Bakıdan əlavə, Moskvada, Sankt-Peterburqda, Daşkənddə, Təbrizdə, Tehranda çap olunub.

Elmi fəaliyyətinin mühüm bir istiqaməti də mənbəşünaslıqdır. “Qızılbaşlar tarixi” adlı anonim mənbəni, Yusif Qarabağinin “Yeddi bağ” risaləsini geniş şərhlərlə fars dilindən Azərbaycan dilinə tərcümə və çap edib. Həmçinin İmam Qəzzalinin “Kimiyayi-səadət” əsərindən müəyyən parçaları, Əbu Səid Əbül-Xeyr, Baba Kuhi Bakuvi, Şəms Təbrizi, Cəlaləddin Rumi, Şeyx Məhəmməd Xiyabani yaradıcılığından müəyyən nümunələri dilimizə çevirib. Müasir İran və Əfqanıstan ədəbiyyatından tərcümələr də etmişdir, xüsusən fars şairi Söhrab Sepehridən etdiyi tərcümələr elmi-ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

2011-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin ekspertidir.

COP29

www.yenicag.az

2873
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv