İlham Əliyev Vyetnam rəsmilərini qəbul edib

media-hightechnic-468x90

download (58)Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 13-də Vyetnam Kommunist Partiyası (VKP) Siyasi Bürosunun üzvü, VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Vyetnama rəsmi səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı bu səfərin yüksək səviyyədə ilk rəsmi səfər olması baxımından önəmini qeyd edib. O, Vyetnam Kommunist Partiyası Siyasi Bürosunun üzvü və partiyanın Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anhın başçılıq etdiyi nümayəndə heyətinin səfərinin də Azərbaycan ilə Vyetnam arasında intensiv əlaqələrin davam etdirilməsi və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Le Honq Anh Azərbaycana ilk dəfə səfər etməsindən və prezident İlham Əliyevlə görüşündən məmnun olduğunu söyləyib. O, Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayıb.

Görüşdə ölkələr arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən ticarət dövriyyəsinin artırılması, neft-qaz, sərmayə qoyuluşu sahələrində, mədəni, humanitar və digər sahələrdə inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu qeyd olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600