Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Ranil Vikramasinqhe Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Yenicag.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri.
Əlamətdar bayram – ölkənizin Müstəqillik Günü münasibətilə Şri-Lanka hökuməti adından və şəxsən öz adımdan Zati-alinizi, Azərbaycan hökumətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.
Şri-Lanka ilə Azərbaycan arasında xoş mərama və qarşılıqlı anlaşmaya əsaslanan sıx və mehriban münasibətlər mövcuddur. Əminəm ki, bu əlaqələr xalqlarımızın qarşılıqlı rifahı naminə növbəti illərdə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram”.
***
Yunanıstan Respublikanın Prezidenti Katerina Sakellaropulu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Zati-aliləri.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə yunan xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, Azərbaycan xalqına firavanlıq və tərəqqi arzulayıram.
BMT Nizamnaməsinin prinsiplərinin müdafiəsinə və beynəlxalq hüquqa hörmətə əsaslanaraq ölkələrimiz arasında qarşılıqlı fayda naminə əməkdaşlığın və dialoqun genişlənəcəyinə ümid edirəm.
Zati-aliləri, ölkənizin milli bayramı münasibətilə ən xoş arzularımı və ən yüksək ehtiramımı qəbul etməyini xahiş edirəm”.
***
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidentiİlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Möhtərəm cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum Azərbaycan Prezidentiİlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
“Möhtərəm cənab Prezident.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Azərbaycan Respublikasının hökumətinə və xalqına tərəqqi və firavanlıq diləyirəm.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
***
Bruneyin Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Biz dövlətlərimiz arasındakı dostluq münasibətlərini yüksək qiymətləndirir və bu münasibətləri həm ikitərəfli əsasda, həm də beynəlxalq forumlarda daha da inkişaf etdirmək imkanlarını alqışlayırıq.
Mən, həmçinin Sizə və hökumətinizə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməklə bağlı bütün hazırlıqlarınızda uğurlar arzulayıram.
Allah-Taaladan Zati-alinizə möhkəm cansağlığı və səadət, Azərbaycan xalqına isə sülh və rifah diləyirəm.
Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu”.
www.yenicag.az