İlham Əliyevin müraciəti oxundu

media-hightechnic-468x90

unnamed3QUUOK44 (1)Gəncə Avtomobil Zavodunun 10 ili tamam oldu.

Təməli ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulan Gəncə Avtomobil Zavodunun fəaliyyətə başlamasının 10 ili tamam olub. Yubiley münasibəti ilə müəssisədə təntənəli mərasim keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Belarusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç, şəhər rəsmiləri, ziyalılar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Gəncə şəhər İcra Hakimiyyətindən  verilən məlumata görə, icra başçısı tədbir iştirakçılarını salamlayıb və onları yubiley bayramı münasibətilə təbrik edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncəyə və gəncəlilərə göstərdiyi diqqət və qayğıdan, şəhərin ictimai-siyasi, sosial-iqtisadi həyatında qazanılan uğurlardan, Gəncə Avtomobil Zavodunun ölkə və şəhər sənayesində mühüm rolundan danışıb. Ölkə Başçısının Sərəncamı ilə “Sənaye ili”nə təsadüf edən Zavodun 10 illik yubileyini şəhərin tarixində əlamətdar hadisə olaraq dəyərləndirib.

Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri, millət vəkili Xanlar Fətiyev çıxışında müəssisə kollektivinin ötən müddət ərzində qazandığı uğurlardan, gələcək perspektivlərdən söhbət açıb.

Belarusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç Belarusiya-Azərbaycan əlaqələrinin hər iki ölkəyə layiqli töhvələr verdiyini, Gəncə Avtomobil Zavodu ilə qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyini diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 noyabr 2014-cü il tarixli Sərəncamı ilə Gəncə Avtomobil Zavodunun işçilərindən Həmzə Məmmədov, Vahid Məmmədov, Zahid Muradov “Tərəqqi” medalı ilə təltif olunublar. Mərasimdə mükafatlar təntənəli şəkildə sahiblərinə təqdim olunub.

Ölkə başçısının digər Sərəncamı ilə Fəxrəddin Süleymanova “Əməkdar mühəndis” fəxri adı verilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə, Belarusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviçə, zavodun ilk direktoru Kafiz Abdullayevə, Müşahidə Şurasının üzvü Musa Əsgərova, müəssisənin İstehsalat Birliyinin direktoru, “Tərəqqi” medallı Kamran Nəzərova Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının Fəxri diplomları verilib.

Gəncə Avtomobil Zavodunun Müşahidə Şurasının sədri, millət vəkili Xanlar Fətiyevə Belarusiya Respublikası Parlamentinin Fəxri Fərmanı və döş nişanı təqdim edilib.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə toplantı iştirakçılarının müraciəti oxunub(azvision.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600