"İlham Əliyevin sülhyaratma missiyası dünya miqyasında nümunəyə çevrilir" - Tənzilə Rüstəmxanlı yazır

media-hightechnic-468x90

Bu gün Azərbaycan artıq regionda öz maraqlarını qorumaqla yanaşı, qlobal miqyasda istər iqtisadi, istərsə də siyasi layihələrin fəal iştirakçısı kimi çıxış edir. Bu status ölkəmizin həm Cənubi Qafqazda, həm də Avrasiya və Yaxın Şərqdə strateji tərəfdaş kimi yüksək etimad və mövqe qazandığını göstərir.

media-media-interpress_f75c185e8e9f11f4dcc55d2f431b2120_ot8caznkhq135r7yfgj6-e1749829525391-1-v7f05s-300x178

Bu baxımdan Prezident İlham Əliyevin ABŞ lideri Donald Tramp və Misir dövlət başçısı Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirakı ölkəmizin beynəlxalq arenadakı artan nüfuzunun və qlobal diplomatiyada etibarlı tərəfdaş kimi qəbul edilməsinin təsdiqidir.

Azərbaycan Prezidentinin sammitə dəvət olunması təsadüfi deyil. İlham Əliyev bu tədbirə qalib ölkənin lideri kimi qatılıb. Çünki Azərbaycan öz ərazi bütövlüyünü heç bir beynəlxalq təşkilatın köməyi olmadan, təkbaşına və beynəlxalq hüquqa əsaslanaraq bərpa edib. Qalib Azərbaycanın lideri kimi İlham Əliyev artıq dünyada sülhün real nümunəsini təqdim edən dövlət başçısı kimi tanınır.

Eyni zamanda Azərbaycanın həm İsraillə, həm də Fələstinin Müvəqqəti Hökuməti ilə yüksək səviyyəli münasibətləri, dostluq əlaqələri, İlham Əliyevə hər iki ölkənin rəğbəti, etimadı onların arasında barışın əldə olunması prosesində yardımçı ola bilər.

Bundan əvvəl İsraillə Türkiyə, həmçinin Suriya arasında danışıqlarda ev sahibi statusunda çıxış edən Bakı növbəti danışıqların ünvanına çevrilə bilər.

Bir sözlə, Qəzza planını masaya qoyan ABŞ Prezidenti Donald Tramp tərəfindən Prezident İlham Əliyevin Sammitə şəxsən dəvət olunması Azərbaycanın qlobal siyasətdə özünəməxsus yer tutduğunu bir daha təsdiqləməklə yanaşı, həm də İlham Əliyevin sülhyaratma təcrübəsindən istifadə olunmaq istəyinin məntiqi nəticəsidir.

Dünya çapında özünün praqmatik siyasəti ilə özünəməxsus yer tutan Azərbaycan Liderinin ədalətli mövqeyi nəzərə alınarsa, dünyanın bir sıra qaynar nöqtələrində sülh, əminamanlıq bərqərar olar. Azərbaycan Suriyaya humanitar yardımlar göndərdiyi kimi Qəzzaya da humanitar yardımların çatdırılmasında iştirak edəcək.

Azərbaycan hərbçilərinin Qəzzada formalaşması planlaşdırılan sülhməramlı kontingentin tərkibində iştirakı istisna deyil. Azərbaycan hərbçilərinin Kosovo, İraq və Əqfanıstanda sülhməramlı qüvvələrin tərkibində iştirak təcrübəsi var. Azərbaycan Qəzzanın yenidən qurulmasında da iştirak edəcək, məktəb və xəstəxanaların tikintisinə maliyyə ayıracaq.

Bu beynəlxalq tədbirin gedişatında ABŞ prezidenti Donald Trampın Azərbaycan prezidenti İlham Əliyevə xüsusi diqqət ayırması və onun haqqında yüksək fikirlər səsləndirməsi də hər bir vətəndaşımız üçün qürurverici bir məqam idi.

Prezident İlham Əliyevin istər BMT, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, istərsə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində təşəbbüsləri Azərbaycanın beynəlxalq diplomatiyada məsuliyyətli, etibarlı və konstruktiv aktor kimi mövqelərini daha da möhkəmləndirib.

Prezident İlham Əliyevin Yaxın Şərq Sülh Sammitində iştirakı da bu xəttin davamıdır: Azərbaycan qlobal təhlükəsizlik sisteminin formalaşmasında aktiv iştirak edir, münaqişələrin dialoq yolu ilə həllini təşviq edir və beynəlxalq münasibətlərdə etimad mühitinin yaradılmasına töhfə verir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa