İlham Zəkiyev Avropa Oyunlarının qalibi oldu-Video

media-hightechnic-468x90

a33824f0134fa17811ac1466d2c55727Bu gün Bakı-2015 Avropa Oyunlarında paracüdoçular mübarizəyə qoşulublar.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, yığmamızın lideri İlham Zəkiyev (+90 kq) Avropa Oyunlarına yarımfinaldan start verib. Paralimpiya Oyunlarının qalibi, Bakı-2015-in məşəlçisi finala gedən yolda Klimis Papaçristosla güləşib. Zəkiyev mərhələ adlamağa cəmi 27 saniyə sərf edib. “Neftçi İdman Klubu”nun üzvü ipponla qalib gələrək, finalda iştirak hüququ qazanıb. O, qızıl medal uğrunda Aleksandr Pominovu məğlub edib.

Bundan əvvəl bu çəki dərəcəsində tatamiyə çıxan digər paracüdoçumuz Zakir Mislimov 3-cü yer üçün Zəkiyevin məğlub etdiyi Papaçristosu sınağa çəkib. Mislimov döyüşünü ipponla bitirib və bürünc medal qazanıb.

gjhhk ghjhgjhg0 ghjhgjhg

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600