“İlin ən yaxşı tələbələri” seçildi – Foto

media-hightechnic-468x90

unnamed (3)Bu gün Bakı Dövlət Universitetində “İlin ən yaxşı tələbəsi” adlı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimini baş tutub.

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən təşkil olunan tədbirdə universitet ictimaiyyəti, YAP GB-nin sədri Seymur Orucov və mükafata layiq görülmüş tələbələr iştirak edib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov “İlin ən yaxşı tələbəsi” adını qazanan tələbələri təbrik ederək, universitetdə bu cür müsabiqələrin keçirilməsinin əhəmiyyətindən danışıb. O, tələbələri bu fəxri ada hər zaman sadiq qalmağa və daha böyük nailiyyətlər əldə etməyi arzulayıb.

Tədbirdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov da çıxış edərək ulu öndər Heydər Əliyevin gənclərə, onların təhsilinə daim böyük diqqət və qayğı göstərdiyini xatırlatmış, ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirildiyini bildirib. Komitə sədri çıxışında 2013-ci ildə həyata keçirilən tədbirlər barədə məlumat verərək, gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə danışıb.
YAP GB-nin sədri Seymur Orucov ölkədə aparılan uğurlu gənclər siyasətindən bəhs edərək, tələbələrə gələcəkdə daha böyük nailiyyətlər qazanmağı arzu edib.

Daha sonra BDU tələbələri adından Sosial Elmlər və Psixologiya fakültəsinin III kurs tələbəsi Nigar İbrahimova “Dövlət gənclər siyasətinin universitet modeli” mövzusunda çıxış edib.

Sonda rektor Abel Məhərrəmov müsabiqədə qalib olmuş tələbələrə diplom və qiymətli hədiyyələr təqdim edib.
Hər il Bakı Dövlət Universitetində keçirilən “İlin ən yaxşı tələbəsi” müsabiqəsi II mərhələdən ibarətdir. I tur real, II isə virtual şəkildə aparılır. Seçkilərdə namizədlərin ictimai fəallıq və tədris uğurlarına görə müəyyən olunur.
Qeyd edək ki, bu il 229 tələbə “İlin ən yaxşı tələbəsi” adına layiq görülüb.

Rəşid Mustafazadə
BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin
İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri
Foto: Emil, Nəcəf.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600