!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlon Mask bəşəriyyəti başqa planetlərdə məskunlaşmağa çağırdı

!Reklam – Yazi

ABŞ-li milyarder, “Tesla” və “SpaceX”in baş direktoru İlon Mask bildirib ki, bəşəriyyət kosmosu araşdırmalı və başqa planetlərdə məskunlaşmalıdır.

Yenicag.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkə səhifəsində yazıb.

Mask bəşəriyyəti Ayda baza və Marsda şəhərlər yaratmağa çağırıb. Onun fikrincə, insanlar “ulduzlar arasında olmalıdırlar”.

Sahibkar xatırladıb ki, insanın təyyarə ilə ilk uçuşundan (Rayt qardaşlarının təyyarəsi – red.) Aya eniş etməsinə qədər cəmi 66 il keçib. Bununla belə, Aya insan ayağının dəyməsindən bu yana yarım əsr keçib. Maskın fikrincə, bu hadisə sivilizasiya olaraq bəşəriyyətin ən yüksək nailiyyəti sayıla bilməz./Oxu.az/

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv