Səhiyyə işçilərinin istifadə etdiyi iynə səbəbindən 300 nəfər HİV virusunun daşıyıcısına çevrilib.
Yenicag.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə ölkənin Çahar-Mahal və Bəxtiyari ostanındakı Lurdiqan şəhərində qeydə alınıb.
Məlumata görə, səhiyyə işçilərinin istifadə etdikləri iynə 300 şəxsin QİÇS-ə yoluxmasına səbəb olub.
Bu olay şəhər sakinlərini xeyli hiddətləndirib və onların təşkil etdikləri kütləvi aksiya zamanı iştirakçılarla polislər arasında münaqişə yaranıb. Ludriqandakı sağlamlıq mərkəzləri və dövlət idarələri qarşısında toplaşan narazı kütlə səhlənkar həkimlərin işdən qovulmalarını tələb ediblər.
Sosial şəbəkələrdə yayılan kadrlarda polislərin etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə etdikləri görünür.
İranın Səhiyyə Nazirliyindən bu məsələ ilə bağlı verilən açıqlamada məlum iddianın araşdırıldığı bildirilib.
www.yenicag.az