İncə belə gedən sağlam bəslənmə və idmandan keçir. Yenicag.az belinizi incəldən və sizə formada qalmağa yardım edən ərzaqları təqdim edir:
Yumurta – Yumurtanın zülal qaynağı olduğu məlumdur. Əgər xolesteronunuz yüksək deyilsə yumurtanı hər səhər mütləq yeyin.
Yulaf – Araşdırmalara görə, səhər yeməklərindən ən ləzzətli və lif baxımından olduqca zəngindir. Həmçinin sizi uzun müddət tox saxlayar.
Qırmızı müyvələr – Bura nar, üzüm, çiyələk, moruq kimi meyvələri aid etmək olar. Bu meyvələrində liflə zəngin olduğunu qeyd etmək lazımdır.
Taxıllı ərzaqlar – Gün boyunca tox və gümrah hiss etmənizi təmin edəcək.
Yağsız ət – Zülal bakımıdan zəngin olan ləzzətli, yağsız ət. Qırmızı ətdən mümkün olduqca uzaq durun, toyuq ətinə üstünlük verin.
Zeytun yağı – Aclıq hissinizi azaldacaq, bədəninizdəki xolesterol miqdarını da nəzarətdə saxlayacaq.
Yaşıl tərəvəzlər – Hamısı bir-birindən ləziz, incə bel dostu təzə yaşıl tərəvəzlər. Yeməkdən əvvəl gözəl bir qab salat hazırlamağı unutmayın.
Çərəzlər – Belinizi incəldəcək eyni zamanda da bol enerji bəxş edəcək. Əlinizin altından fındığı, badamı, qozu əksik etməyin.
Fıstıq əzməsi – İncə belə gedən ən şirin yol, ləzzətinə doyum olmayan fıstıq əzməsi. Bəlkədə inanmayacaqsınız, amma yüksək miqdarda lif və zülal ehtiva edən fıstıq əzməsi, son dərəcə bəsləyici olmasının əlavə kilo vermənizə də köməkçi olacaq.
www.yenicag.az