İngiltərənin BMT-dəki daimi təmsilçisi Karen Piers Türkiyənin həyata keçirdiyi “Barış Pınar” əməliyyatları ilə bağlı açıqlama verib.
Yenicg.az xəbər verir ki, Piers Türkiyənin beynəlxalq insan hüquqlarına hörmət ediləcəyi barədə zəmanət verdiyini bildirib.
Qeyd edək ki, Piers bu sözləri BMT Təhlükəsizlik Şurası iclasından öncə jurnalistlərə açıqlamasında bildirib.
İngiltərəli siyasətçinin sözlərinə görə, İngiltərə və Türkiyə Xarici işlər nazirləri görüşüb və ingilis nazir narahatlığını dilə gətirib. Qarşılığında türkiyəli həmkarı ona beynəlxalq insan hüquqlarına zidd heç bir hadisə yaşanmayacağına dair zəmanət verib.
Eyni zamanda Türkiyənin suriyalı miqrantlara qarşı comərd davranışını xatırladan Piers, onun həmçinin NATO-nun önəmli tərəfdaşı olduğunu da qeyd edib.
Həşim Səhrablı
www.yenicag.az