Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İngiltərənin “T-Vine” xəbər portalı türkiyəli media mütəxəssislərinin AzTV-yə gəlişindən yazdı

İngiltərənin “T-Vine” xəbər portalı Türkiyənin “Haber Global” telekanalının 10 nəfərdən ibarət yaradıcı heyətinin “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə təcrübə mübadiləsi proqramına səfəri barədə material dərc edib.

Bildirilib ki, yaradıcı heyət öz peşəkar biliklərini və təcrübələrini azərbaycanlı həmkarları ilə bölüşmək üçün Bakıda səfərdədir.

Diqqətə çatdırılıb ki, iki həftəlik mübadilə proqramı çərçivəsində türkiyəli yaradıcı heyət Ermənistan işğalından azad olunan Qarabağ bölgəsinə səfər edəcək. Səfər zamanı onlar Ağdamın Cümə məscidi, Qarabağ xanlarının abidə kompleksi, “İmarət” stadionu, Çörək Muzeyini ziyarət edəcəklər.

Bundan başqa, heyətin Gəncəyə – ermənilərin raket atdığı əraziyə səfər edəcəyi də qeyd olunub.

Həmçinin, bildirilib ki, “Haber Global”ın bu səfəri 2020-ci il dekabrın 10-da iki ölkənin Prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan protokolun nəticəsində Azərbaycan və Türkiyə arasında yaradılan birgə media platformasının bir hissəsidir. Bunun nəticəsi olaraq, AzTV və “Haber Global” arasında artıq bir neçə birgə yayım həyata keçirilib.

Nəzərə çatdırılıb ki, bu proqram Azərbaycan Televiziyasının əlaqələrini genişləndirmək üçün həyata keçirdiyi addımlardan biridir və bu çərçivədə xarici ekspertlər tədris prosesinə cəlb olunurlar.

www.yenicag.az

186
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100