“İnönünün təkcə azərbaycanlıları ruslara təslim etmədi…”

media-hightechnic-468x90

ismet_inonu_braltanBoraltan faciəsi. Türkiyənin son illərə qədər üzərində susqunluqla keçdiyi bir olaydır. Türkiyə Prezidenti Ərdoğan canlı yayında İnönü hökumətinin bu ayıbını açana qədər. Boraltanda Türkiyəyə sığınan Azərbaycan türkləri Ankaradan gələn bir əmrlə ruslara təhvil verilirlər. Ruslar isə körpünü keçər-keçməz hamısını güllələyirlər.

Yenicag.az xəbər verir ki, Türkiyədə tanınmış jurnalist Kəbutər Haqverdinin rəhbərlik etdiyi “Hocalihaber.com” saytı həmin hadisə ilə bağlı maraqlı məqamları ortaya çıxarıb. “Boraltan sadəcə Azərbaycan türkünün deyil, eyni zamanda Türkiyə türkünün də ortaq acısıdır” deyən türkiyəli yazar Alper Aksoy ilə müsahibə bu mövzuya həsr olunub.

Söhbətin maraqlı məqamlarından biri budur ki, Boraltanda 1945-ci ildə Araz çayını keçərək, Türkiyəyə sığınan azərbaycanlılar deyil, Almaniyadan və Rumıniyadan 1941-45-ci illərdə Türkiyəyə gələn 195 nəfər mühacir SSRİ-yə təhvil verilib: “Qrupun 80 nəfəri Azərbaycan türkü olub. Digərləri özbək, qırğız, qazax, Axıska türkü, gürcü və ruslardan ibarət olub”.

Müsahib eyni zamanda həmin faciəni gördükdən sonra intihar edən poçtalyon Rəşad bəyin də əslində ölmədiyini, fəqət psixi xəstəyə çevrildiyini söyləyib: “Həkimi deyirdi ki, Rəşad bəy çox sakit adam olsa da, rus adını eşidən kimi qaçmağa başlayıb, divara dırmaşmaq istəyirdi”.

Həmin reportajı bu linkdən oxuya bilərsiniz:

http://hocalihaber.com/boraltan-koprusu-olayi-hakikat-ve-halkin-hayat-ogeleri/

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600