“Instagram” hələ ki abır pərdəsini saxlayıb”.
Yenicag.az xəbər verir ki, bu sözləri reper Fərid Eminov (Qurd) deyib.
Sənətçi bu gün sosial platformalardakı vəziyyətdən danışıb. O, “TikTok”da abırsızlığın baş alıb getdiyini təəsüf hissi ilə bildirib:
“Instagram” hələ ki abır pərdəsini saxlayıb. Amma “TikTok”da abır pərdəsi deyilən bir şey yoxdur. Mən “TikTok”un alqaritminə baxanda şoka düşürəm. Birinə baxırsan mahnı oxuyur, biri piano ifa edir, çevirirsən digəri üzünə qədər tatu çəkir. Belə alqoritm olar? Adamın psixologiyası pozulur. Amma sual verə bilərlər ki, bəs onda sən niyə “TikTok”a girirsən? Çünki məcburuq. Piyar üçün lazımdır”.
Reper əvvəllər mahnıların əvvəlinə “+18”, “+16” yazıldığını, amma sosial şəbəkələrdə “abır pərdəsi” ortadan qaldırıldıqdan sonra buna ehtiyac qalmadağını da deyib.
Cəvahir
www.yenicag.az