“Instagram”ın işində problem yarandı

“Instagram” sosial şəbəkəsinin işində fasilələr yaranıb.

Yenicag.az-ın məlumatına görə, bu barədə Downdetector xidmətinin saytı məlumayət yayıb.

Məlumata əsasən, ən çox şikayət ABŞ, Kanada və Böyük Britaniyadan gəlir.

“ABŞ-da problemlərlə bağlı şikayət edən istifadəçilərin 53 faizi proqramın işindən şikayət edir, 24 faizi sayta daxil ola bilmir, 23 faizi öz hesablarına daxil ola bilmir”, – deyə məlumatda qeyd edilib.