İnstaqram sosial şəbəkəsinin istifadəçiləri texniki qüsurlarla üzləşiblər.
Yenicag.az-ın məlumatına görə, sosial şəbəkənin işində qüsurlar Avropanın bir sıra ölkələrində, Şimali və Cənubi Amerikada, eləcə də Asiya ölkələrində qeydə alınıb.
Qeyd olunur ki, istifadəçilərin 34 faizi şəxsi hesaba girişlə, 40 faizi xəbərlərin yüklənməsi ilə, 25 faizi isə sosial şəbəkənin saytı ilə bağlı problemlərdən şikayət edib.
İnstaqram bununla bağlı hələlik şərh verməyib.
www.yenicag.az