İntihar etdiyini düşünənlər yanıldı

media-hightechnic-468x90

big_1419662889_big_1414223961_bicaqBakıda intihar etdiyi bildirilən şəxsin qətlə yetirildiyi müəyyənləşib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, aprelin 23-də Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində, Mustafayev küçəsi döngə 7, ev 2 ünvanında yaşayan, 1973-cü il təvəllüdlü Emin Vaqif oğlu Rzayev aldığı bıçaq xəsarətlərindən ölüb. Yaxınları ilkin olaraq, hüquq-mühafizə orqanlarına onun özünü bıçaqlayaraq, intihar etdiyini deyiblər.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin intihar olmadığı məlum olub. Müəyyən edilib ki, E. Rzayevi qayınatası, 1938-ci il təvəllüdlü Tofiq Həbib oğlu Bağırov bıçaqlayaraq qətlə yetirilib.
Hadisəni törədən T. Bağırov saxlanılıb. Cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600