!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İntihar etməklə, məşhurlaşacaqlarını düşünən insanlar da var” - Psixoloqdan TÖVSİYƏ

!Reklam – Yazi

“Hər kəs özünün psixoloji vəziyyətini müsbətə kökləməyə çalışmalıdır”.

Bunu son günlər intihar hallarının artmasına təsir edən amilləri dəyərləndirən psixoloq-təlimçi Vüsalə Əmiraslanova Yenicag.az-a açıqlamasında bildirib.

Psixoloqun sözlərinə görə, mövcud şəraitdə insanların özlərinə qəsd etmələri daha çox sosial problemlər və ailədaxili məsələlərlə bağlıdır:

“Əslində, müharibədən çıxan bir ölkədə bu cür neqativ halların yaşanması gözlənilən idi. İntihar hallarının artmasının əsas səbəbi xəstəliklər və insanların gələcəklə bağlı narahatlıq keçirmələridir. Eyni zamanda, uşaqların təhsillə bağlı geridə qalmaları, bəzi şəxsi münasibətlərin korlanması da intihara səbəb olur.

İntihara meyllilik özünü daha çox uşaq yaşlarından büruzə verməyə başlayır. Yəni uşaq vaxtı şüurda qalan bəzi travmalar insanın həyatına öz təsirini göstərir. Bəzi insanlar elə düşünürlər ki, intihar eləsəm, məşhurlaşacam, adım hər yerdə çəkiləcək.
İntihara əl atıb sonradan peşman olanların da sayı az deyil”.

Səbəbdən asılı olmayaraq, intihar hallarının qarşısının alınması üçün həyata keçirilməsi mümkün olan addımlara toxunan psixoloq qeyd edib ki, hər kəs özünün psixoloji vəziyyətini müsbətə kökləməyə çalışmalıdır. Əgər onlar bunu təkbaşına bacarmırlarsa, o zaman psixoloji dəstək almaları vacibdir:

“İndiki pandemiya şəraitində məhdudiyyətlərin mövcudluğu dost-tanışlarla rahat görüşməyə və vaxt keçirməyə imkan vermir. Bu, insanların psixoloji vəziyyətinə təsirsiz ötüşmür.

İntihar hallarının artmaması üçün ailə üzvləri hər gün heç olmasa, axşam saatlarında bir-birilərilə ünsiyyətə can atmalı və fərqli mövzularda müzakirələrə açıq olmalıdırlar. Eyni zamanda, şəxslər fərdi məşğuliyyətə də meyl etməlidirlər”.

Gülşən Şərif

COP29

www.yenicag.az

2806
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv